Sənayə və Gəmi boyaları


Epoksid zəmin örtükləri
Artıq metlaq və döşəmə plitələrinə ehtiyacınız olmayacaq. Epoksit zəmin boyaları sizin problemlərinizi həll edəcək. Mexanik zərbələrə, kimyəvi maddələrə davamlı olan, asanlıqla yuyula bilən, çatlamayan (elastik) epoksit zəmin boyalarını siz hər yerdə istifadə edə bilərsiniz. Dərman fabriklərində sənaye sahəsində zavod- fabriklərdə, transformator və generator olan otaqlarda soyuducu kameralarda alternativi olmayan bir sistemdir.

Coating
Yük daşınan və hərəkətin çox olduğu yerlərdə beton üzərinə vurulan epoksit boya sistemidir.

Self-levelling
Gözəlliyin və təmizliyin ön planda olduğu yerlərdə asanlıqla təmizlənə bilən parlaq şüşə səthi olan 2-4 mm qalınlıqda vurulan epoksit örtükdür.

Multilayer
Mexanik zərbələrə davamlı, əsasən də fabrik və zavodlarda istifadə olunan, parlaqlığı az olan 1-4 mm qalınlıqda vurulan epoksit örtükdür.

Mortar
Sənaye bölgələrində ağır yüklərin daşındığı yerlərdə 6-9 mm qalınlıqda vurulan epoksit örtükdür.

Dəmir konstruksiya boyaları
Hər gür dəmir üzərinə vurula bilən, antikorroziv boyalar. Korroziyaya qarşı uzun müddət dayanma gügünə görə, qruma vaxına görə, vurulma texnologiyasına görə, rənginin və parlalığının dayanılmasına görə çox sayda çeşidləri vardır.

İstiliyə davamlı boyalar
Temperaturun yüksək olduğu yerlərdə vurula bilən xüsusi təyinatlı boyalar. 400oC-yə qədər istilik olan yerlərdə sink etil slikat boyalar. Slikon akrilik boyalar ilə birlikdə istifadə olunur. Daha yüksək istilik olan yerlərdə (400oC-600oC) slikon akrilik boyalar tək vurulur.

Yanğına davamlı boyalar
Dəmir tikililərin yanğından qorunması üçün istifadə olunur. Yanğın zamanı əvvəlki vəziyyətindən 50 dəfə çox genişlənən boya istinin dəmirə çatmasını 2 saat ərzində əngəlləyir.

Müxtəlif kimyəvi maddələrin saxlanıldığı çənlərin boyanmasında istifadə olunan boyalar
Çənlərin içi üçün seçilən boya çənin içərisində saxlanılan maddələrin xüsusiyyətlərindən asılıdır. Bu maddəlrin boya ilə reaksiyaya girməməsi əsas amildir. Çənlərin xarici səthi üçün nəzərdə tutulan boyalar da xüsusiyyətlərinə görə seçilməlidir. Məsələn: neft çənlərində yarana bilcək kiçik qığılcım partlayışla nəticələnə bilər.

Dənizüstü tikililər
Karroziyanı artıran üç amil - su, oksigen və duzun olduğu bölgə dənizüstü tikililərdir. Düzgün boya sistemi seçilərsə belə riskli bölgələrdə karroziyanın qarşısını almaq mümkündür.











<< geri
social_links
 
Badamdar şossesi 27
Tel: (994-12) 5024690 (994-12) 5024234
Fax: (994-12) 5024169
e-mail: office@dubendi.com
bütün hüquqlar qorunub (c) 2005